Rusiyada WhatsApp və Telegram zəngləri QADAĞAN EDİLDİ
Rusiyada WhatsApp və Telegram messencerləri vasitəsilə həyata keçirilən səs və video zənglər rəsmi olaraq qadağan edilib.
“Ostorojno Media” layihəsi bu məlumatı Kremlin yüksək vəzifəli mənbələrinə istinadla yayıb. Bildirilir ki, onların bloklanması barədə qərar “ən yuxarı səviyyədə” qəbul edilib.
Məlumata görə, telekommunikasiya operatorları – MTS, MegaFon, Beeline və T2 – avadanlıqların sanksiyalar səbəbindən yenilənə bilməməsi və artan trafik yüklənməsi ilə əlaqədar olaraq hökumətə zəng funksiyasının tam məhdudlaşdırılması barədə müraciət ediblər.
Ekspertlər istifadəçilərə mümkün məhdudiyyətlərə qarşı əvvəlcədən hazırlaşmağı, VPN və alternativ rabitə tətbiqləri quraşdırmağı tövsiyə edirlər.
Press-fakt
Oxunub: 23
Xəbəri paylaş
Paylaş: