Paşinyan Kremlin daha bir tədbirindən imtina etdi - Qırğızıstana getməyəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqı ölkələrinin Avrasiya Hökumətlərarası Şurasının avqustun 15-də Qırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək.
Paşinyan hökuməti Baş nazirin Kremlin patronajlığı altında keçiriləcək tədbirdə iştirak etməməsini Paşinyanın məzuniyyətdə olması ilə əlaqələndirib.
Xatırladaq ki, məzuniyyət Paşinyanın Vaşinqtona səfər etməsinə və orada üçtərəfli danışıqlar aparmasına mane olmayıb. Avrasiya İqtisadi İttifaqının tədbirində iştirak etməsinə isə mane olub…
Mətbuat Paşinyanın əvəzinə sözügedən tədbirdə baş nazirinin müavini Mher Qriqoryanın iştirak edəcəyini bildirib.
Oxunub: 13
Xəbəri paylaş
Paylaş: