Ötən il Azərbaycanda 40 mindən çox narkoman qeydiyyatda olub
Ötən il Azərbaycanda 40 490 nəfər narkomaniya səbəbindən tibb müəssisələrində qeydiyyatda olub.
Bu barədə “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində qeyd olunub.
Məlumata əsasən, 2023-cü ildə 36 659 nəfər narkomaniya səbəbindən tibb müəssisələrində qeydiyyata düşüb.
Bununla yanaşı, 2024-cü ildə tibb müəssisələrində 2 492 nəfər toksikomaniya, 7 738 nəfər isə narkotiklərin epizodik qəbuluna görə qeydiyyatda olub./report
Oxunub: 15
Xəbəri paylaş
Paylaş: