Azərbaycanın Ukraynaya silah tədarükü...- "Vəziyyəti daha da çətinləşdirə bilər”
“Rusiyanın Kiyevə silah tədarükü ilə bağlı mövqeyi Azərbaycana yaxşı məlumdur, belə hərəkətlər yerlərdə vəziyyəti daha da çətinləşdirə bilər”.
TASS agentliyi xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev bildirib.
O, bununla Rusiya Silahlı Qüvvələrinin Azərbaycanın Ukrayna ərazisindəki qaz obyektlərinə hücumlarını davam etdirəcəyi təqdirdə, rəsmi Bakının Kiyevə silah tədarükünə qoyulan embarqonu ləğv edə biləcəyi ilə bağlı məlumatı şərh edib.
“Rusiya Xarici İşlər Nazirliyi bu məlumatlara diqqət yetirir və deyə bilərəm ki, azərbaycanlı tərəfdaşlarımız Kiyevə ikili təyinatlı silahların və ya humanitar yardımın tədarükü ilə bağlı mövqeyimizi yaxşı bilirlər. Biz hesab edirik ki, bu cür hərəkətlər münaqişənin sülh yolu ilə həllinə kömək etmir və yalnız yerlərdə vəziyyəti daha da çətinləşdirə bilər”, - o qeyd edib.

Press-fakt
Oxunub: 20
Xəbəri paylaş
Paylaş: