“İLLƏRLƏ İQTİDARDA OLACAĞIQ!”- Ərdoğan yenidən namizəd olacağını anons etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan lideri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) artıq 24 ildir iqtidarda olduğunu, yenə də illərlə hakimiyyətdə qalacağını bəyan edib.
Report xəbər verir ki, bu barədə o, AK Partiyanın yaradılmasının 24 illiyi ilə bağlı "X" hesabındakı paylaşımında yazıb.
"Daha bir müddət Türkiyənin və millətimizin xidmətində olacağıq", - Ərdoğan vurğulayıb və bununla da növbəti prezident seçkilərində yenidən namizəd olacağını açıqlamış olub.
Oxunub: 17
Xəbəri paylaş
Paylaş: