Ermənistan konstitusiyasına düzəliş edilməsə sülh sazişi imzalana bilməz - İlham Əliyev

Ermənistan konstitusiyasına düzəliş edilməyənədək sülh sazişini rəsmi olaraq imzalamaq mümkün deyil.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibəsində deyib.
Dövlət başçısı bunu Ermənistanın hazırkı konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olması və ölkəmizin suverenliyini şübhə altına alması ilə izah edib.
"Bu, bir növ onların ev tapşırığıdır. O tamamlandıqdan sonra yekun sülh sazişi imzalanacaq", - İlham Əliyev bildirib.
Oxunub: 25
Xəbəri paylaş
Paylaş: