"İranla yeni müharibə yüksək intensivliklə başlaya bilər”- İsrail rəsmisi
İranın hazırkı vəziyyəti yeni hərbi qarşıdurma doğura biləcək strateji dilemma yaradır.
Bunu İsrail hərbi kəşfiyyatının İran bölməsinin keçmiş rəhbəri Dennis Sitrinoviç deyib.
“Biz çox yüksək intensivliklə dərhal başlaya biləcək bir müharibədən danışırıq”, - deyə o bildirib.
Onun sözlərinə görə, İsrail və İran arasında növbəti mümkün müharibə, əvvəlki qarşıdurmaların bitdiyi yerdən - yəni çox yüksək gərginlik nöqtəsindən başlayacaq ki, bu da onu daha təhlükəli edir.
O, deyib ki, İranın mövcud durumu bir neçə ciddi faktordan qaynaqlanır:
- İsraillə son müharibənin nəticələri;
- İranın bölgədəki proksi qüvvələrinin səmərəsiz fəaliyyəti;
- Ölkə daxilində dərinləşən su böhranı və sosial gərginlik;
- “Snapback” mexanizminin işə salınması ehtimalı.
Press-fakt