Tramp ən müasir QIRICILARI ALYASKAYA GÖNDƏRDİ - Putinin gəlişinə FÖVQƏLADƏ HAZIRLIQ

“Newsweek” jurnalının məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları Rusiya Prezidenti Vladimir Putinin təyyarəsini Alyaskaya yaxınlaşarkən müşayiət edəcək.
Kanada Kral Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru, əvvəllər Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) komandir müavini vəzifəsində çalışmış Skott Klensi bildirib ki, Alyaskada ABŞ-nin iki böyük hərbi bazası - Putinlə görüşün keçiriləcəyi Elmendorf-Riçardson və Fairbanks yerləşir.
Onun sözlərinə görə, bu bazalarda beşinci nəsil F-22 və F-35 qırıcıları, həmçinin uzaqmənzilli radiolokasiya aşkarlama təyyarələri E-3 AWACS mövcuddur. Klensi ehtimal edib ki, Putin Alyaskaya Rusiya Hərbi Hava Qüvvələrinin qırıcıları olmadan yollana bilər, lakin Rusiya təyyarələri prezidentin olduğu bortu ABŞ-nin hava hücumundan müdafiə identifikasiya zonasına və ya dövlət sərhədinə qədər müşayiət edə bilər.
“Flightradar24” portalının məlumatına əsasən, ABŞ iki strateji bombardmançı B-2 Spirit təyyarəsini Alyaskanın Ankoric şəhərindəki Elmendorf-Riçardson bazasına göndərib. Məhz burada ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçiriləcək. Xəbərdə həmçinin qeyd olunur ki, Donald Tramp artıq Alyaskaya yola düşüb.
Press-fakt