Ukraynada sülh sazişi Moskva və Kiyev arasında razılaşdırılmalıdır.

Bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

Prezident onu da bildirib ki, o, mümkün razılaşmaya yol açmaq istəyir.

ABŞ lideri növbəti görüşün Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutmalı olduğunu deyib. Eyni zamanda o, bu görüşdə özünün də iştirakını istisna etməyib.