Tatarıstanlı nazir: “Talibançılar sadiq müsəlmanlar”, "mehriban quldurlardır"

Tatarıstanın sənaye və ticarət naziri Əfqanıstanı idarə edən “Taliban” təşkilatını nağıl personajlarına bənzədib və onları “mehriban quldurlar” adlandırıb.
![]()
O.Korobçenko “Kommersant"a müsahibəsində onun nümayəndələrini uşaq nağıl personajları - "barmaley"lərlə müqayisə edərək, onların "əslində mehriban" olduqlarını vurğulayır. "Çoxları Əfqanıstana getməkdən qorxur, çünki “Taliban” qorxulu barmaleylər kimi təsvir olunur. Əslində, onlar mehriban barmaleylərdir", - nazir deyib. O, həmçinin bildirib ki, Əfqanıstanda qadınlar küçədə danışmaq qadağası da daxil olmaqla məhdudiyyətlərə baxmayaraq, “sülh içində gəzə, işləyə və oxuya bilərlər”.
Korobçenko qeyd edib ki, “Taliban” hərəkatı tez-tez vəhhabiliyə etiqad edən İŞİD-lə qarışdırılır, onun sözlərinə görə, “talibançılar sadiq müsəlmanlardır”.
O, Əfqanıstanla qarşılıqlı fəaliyyətə əsas maneə kimi hüquq sistemlərindəki fərqi adlandırıb: “Onlar şəriətlə, biz isə konstitusiya ilə yaşayırıq”. Eyni zamanda, nazir əmin olduğunu bildirib ki, bu yanaşmalar arasında kompromis tapmaqla Rusiya şirkətləri Əfqanıstanda öz layihələrini həyata keçirə biləcəklər.
Press-fakt




















