Ukrayna ordusu Kurska güclü zərbə endirib - Rus general ağır yaralanıb
Ukrayna hərbçiləri Rusiya Federasiyasının Kursk vilayətində Rılsk-Xomutovka avtomobil yolunda rus hərbçilərinin kolonnasına hücum edib.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində Rusiya Silahlı Qüvvələrinin Şimal qüvvələri qrupunun komandan müavini general-leytenant Abaçev ağır yaralanıb.
"O, təcili olaraq hərbi nəqliyyat təyyarəsi ilə Moskvadakı Vişnevski Mərkəzi Klinik Xəstəxanasına aparılıb, müalicə zamanı qolu və ayağı amputasiya edilib", - deyə, məlumtda bildirilib.
Press-fakt
Oxunub: 9
Xəbəri paylaş
Paylaş: