Ərdoğan yaxın günlərdə İrana səfər edəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə İrana rəsmi səfər edəcək.
Təbrizin "Azərəncümən" nəşrinin məlumatına görə, bununla bağlı, İran xarici işlər nazirinin müavini Səid Xətibzadə türkiyəli həmkarı Nuh Yılmaz ilə görüşdə açıqlama verib.
Xətibzadə İran–Türkiyə Yüksək Əməkdaşlıq Şurasının 9-cu iclasının keçiriləcəyini xatırladaraq, Ərdoğanın Tehrana planlaşdırılan səfərinin iki ölkə münasibətləri baxımından mühüm əhəmiyyət daşıdığını bildirib./musavat.com
Oxunub: 16
Xəbəri paylaş
Paylaş: