Nazir regional rəisi yüksək vəzifəyə TƏYİN ETDİ - GENERALIN oğluna da VƏZİFƏ VERDİ /FOTO
Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarəti İdarəsinə yeni rəis təyin olunub.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Qulu Tofiq oğlu Cəfərov sözügedən qurumun rəisi təyin edilib.
Bundan əlavə, Naxçıvan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsinə də yeni rəis təyin edilib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmri ilə daxili xidmət mayoru Ramil Eminov bu vəzifəyə gətirilib. Eminov idarə rəisi olana qədər bu qurumda daha aşağı vəzifələrdə çalışıb.
"Qafqazinfo”nun məlumatına görə, Ramil Eminovun atası da yüksək vəzifə tutub.
Belə ki, R.Eminov Müdafiə Nazirliyinin İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Məmməd Eminovun oğludur. General Eminov ötən ilin yayında ordudan ehtiyata buraxılıb.
