Emin Ağalarov Cennifer Lopezi Bakıya gətirir
Məşhur iş adamı və sənətçi Emin Ağalarov dünyaca məşhur pop ulduz Cennifer Lopezi (Jennifer Lopez) Bakıya gətirir.
Bu barədə Emin özünün rəsmi İnstaqram hesabında məlumat paylaşıb.
Müğənni açıqlamasında Lopezlə bağlı xatirələrini bölüşüb, onunla tanışlıq hekayəsini danışıb və şəxsi arxivindən foto və videolar təqdim edib.
Emin həmçinin Lopez-in Bakıda keçiriləcək konsertinə hazırlıqların artıq başladığını vurğulayıb./axar.az
Oxunub: 11
Xəbəri paylaş
Paylaş: