Məmməd İsmayıl VƏFAT ETDİ - Əsrik kəndində dəfn ediləcək
Hazırda oxunan: Məmməd İsmayıl VƏFAT ETDİ
Şair Məmməd İsmayıl vəfat edib.
Press-fakt xəbər verir ki, bu barədə şair Ehtiram İlham sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, şair vəsiyyətinə uyğun olaraq, sabah Tovuz rayonunun Əsrik kəndində dəfn ediləcək.
Qeyd edək ki, Məmməd İsmayıl bir neçə ildir müxtəlif xəstəliklərdən əziyyət çəkirdi.
Xatırladaq ki, Məmməd İsmayıl 1939-cu ildə Tovuzda anadan olub. Onlarla şeir kitabının müəllifi olan tanınmış şair ölkə və beynəlxalq miqyasda bir sıra mükafatlara layiq görülüb.
Oxunub: 21
Xəbəri paylaş
Paylaş: