Əfqanıstanda daşqınlar xeyli insan ölümünə səbəb olub
Əfqanıstanın azı 10 əyalətinə yayılan güclü daşqınlar nəticəsində ölənlərin sayı 160 nəfərə çatıb, 250 sakin xəsarət alıb.
Bu barədə ölkənin Dövlət Fəlakətləri İdarəetmə və Humanitar İşlər Nazirliyindən bildiriblər.
Ən ciddi ziyan Pərvan əyalətinə dəyib. Belə ki, 129 nəfər ölüb, 130 nəfər xəsarət alıb, 4 mindən çox insan isə böyük həcmdə zərərə düşüb.
Daşqınlar həmçinin Kapisə, Kabil, Pəncşir, Meydan Vərdək, Lögər, Paktiyə, Nuristan, Nangərhar, Lağman, Xost, Ğəzni əyalətlərində də fəsadlar törədib.
Oxunub: 541
Xəbəri paylaş
Paylaş: