Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçuku qəbul edib

Ermənistan KİV-nin xəbərinə görə, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, görüş zamanı Ermənistan və Rusiya arasında ikitərəfli gündəliyə dair məsələlər müzakirə olunub. Həmçinin Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığın aktual mövzularına toxunulub.
Ticarət dövriyyəsinin dinamikası, eləcə də birgə proqramların icrasının gedişatı müzakirə edilib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Press-fakt
Oxunub: 18
Xəbəri paylaş
Paylaş: