Güləşçimiz dünya çempionatının finalında
Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında finala yüksəlib.
Press-fakt xəbər verir ki, yarışın dördüncü günündə Ruzanna Məmmədova (62 kq) ən azı gümüş medalı özü üçün təmin edib.
Avropa çempionu startda qazaxıstanlı Aydana Şorayevaya tam üstünlüklə (11:0) qalib gəlib. 1/4 finalda özbəkistanlı Nigina Sabirovayla qarşılaşma gərgin mübarizə şəraitində keçib.
Rəqibi üzərində 3:2 hesablı əzmkar qələbə qazanan Məmmədova yarımfinalı rahat keçib. Türkiyəli Büşra Efeni “tuş”la məğlub edən Ruzanna karyerasında ilk dəfə U20 dünya çempionatının finalına yüksəlib.
Güləşçimiz həlledici görüşdə çinli Yanqjen Yanqjenlə üz-üzə gələcək.
Oxunub: 12
Xəbəri paylaş
Paylaş: