Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Samir Şərifovdan YENİ TƏYİNATLAR
  • Maliyyə Nazirliyi yoxladı - Abşeron xə Xızıda 33 məktəb direktoru işdən çıxarıldı
  • QHT-lər niyə qrant ala bilmir? - Maliyyə Nazirliyindən açıqlama
  • Səhiyyə Nazirliyində maliyyə yoxlaması aparılır - RƏSMİ
  • Maliyyə Nazirliyi "Azərxalça"da aşkar etdiyi qanun pozuntularını açıqlayıb
  • Dövlət Maliyyə Nəzarəti Xidmətinin “qara maskalıları”... “Gəncə-Daşkəsən"ə NƏ VAXT TƏŞRİF BUYURACAQLAR?

    • Tarix: 21-08-2025, 17:30

    Xəbərlər - Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi

    Üzərindən bircə ay keçib. Oxucu dairəsindən, auditoriyasından, spesifikasından asılı olmayaraq o gün rəsmi və qeyri-rəsmi dövlət himayəsində olan və olmayan, özünü müstəqil adlandıran bütün xəbər agentlikləri, portallar, saytlar, bir sözlə, özünü KİV kimi görən bütün quruluşlar, hətta sosial şəbəkələr belə ölkə ictimaiyyəti arasında zəlzələ effekti yaradan bir mövzudan bəhs edirdilər. Xatırladınızmı? Yəqin ki, xatırladınız: Axı dərc olunan həmin yazılarda məzmunca eyni, formaca müxtəlif sensasion, cəmiyyətə “gəl, gəl” deyən sərlövhələr necə deyərlər, göylərdə uçuşurdu. Bəli, əminik ki, bəhs edilən yazılar unudulmasa da və... eyni mövzunu davam etdirəcəyimizdən, oxucunun təsəvvürünü yeniləmək üçün həmin yazıların məğzini bir daha göz önünə sərməyə əşhədü-ehtiyac var. Demək belə: O gün rəsmi media yazırdı:

    “Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2025-ci il üçün təsdiq olunmuş iş planına uyğun olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsində dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb.

    Nazirlikdə  Azərtac-a bildirilib ki, nəzarət tədbirləri idarənin tabeliyindəki 103 ümumi, 6 məktəbdənkənar və 96 məktəbəqədər təhsil müəssisəsini əhatə edib.

    Aparılan yoxlamalar zamanı bəzi təhsil müəssisələrində dərnək və dərsdənkənar məşğələlərin təşkilində, dərslərin əvəzolunması ilə bağlı əməkhaqqının ödənilməsində, qruplarda komplektləşdirmənin aparılmasında, ştatların müəyyən olunmuş normalara uyğun saxlanılmasında, eləcə də qida təchizatında nöqsanlar aşkar edilib. 205 təhsil müəssisəsində son 3 il üzrə aparılmış nəzarət tədbirləri ilə aşkar olunan nöqsan və çatışmazlıqlara əsasən müəyyənləşdirilmiş 594,6 min manat vəsait cavabdeh şəxslər tərəfindən dövlət büdcəsinə bərpa edilib, inzibati xəta törətmiş 26 vəzifəli şəxs isə inzibati məsuliyyətə cəlb olunaraq cərimə olunub.

    Nöqsanlara yol vermiş 134 vəzifəli şəxsə əmək qanunvericiliyinə uyğun olaraq intizam tənbehi (şiddətli töhmət, töhmət, xəbərdarlıq) verilib, 6 rəhbər şəxslə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulur. Bununla yanaşı, Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə aparılan nəzarət tədbirləri nəticəsində aşkar edilmiş maliyyə pozuntuları və digər nöqsanlara görə 33 təhsil müəssisəsinin rəhbəri tutduğu vəzifədən azad olunub.

    Digər Regional Təhsil İdarələrində də bənzər halların araşdırılması istiqamətində tədbirlər həyata keçirilir.”

    Gördüyünüz kimi, bu, dövlətin rəsmi media qurumunun dərc etdiyi yazıdır. Axı yuxarıda yazmışıq ki, dövlətin himayəsində olan qeyri-rəsmi media qurumları və hətta media holdinqləri də var. Ad sadalamağa ehtiyac duymadan qeyd edə bilərik ki, rəsmi dövlət agentliyi Azərtac-ın yazdıqları həmin media qurumlarının çoxsaylı mətbu vasitələrində olduğu kimi, yəni sözbəsöz, cümləbəcümlə dərc olunub. Yəni rəsmi yoxlamanın rəsmi nəticəsi ictimaiyyətə açıqlanır. Yəni ölkənin bir bölgəsinin 205 təhsil müəssisəsində 594,6 min manat mənimsəmə aşkar edilib(!), 33 təhsil müəssisəsi rəhbəri, yəni məktəb direktoru işdən azad olunub(!). Qeyd etdiyimiz kimi, bunlar dövlətin Maliyyə nazirliyinin rəsmi yoxlamasının rəsmi nəticəsidir ki, onu da dövlətin rəsmi media qurumları dərc edib.

    İndi də keçək rəsmi olmayan və özünü müstəqil adlandıran mətbuata. Bəs rəsmi yoxlama və rəsmən aşkar edilən mənimsəmə, yəni cinayət-korrupsiya haqqında onlar nə yazıblar? Rəsmilərin tam tərsini. Əslində tam tərsi də deyil. Rəsmilərdən olduğu kimi, qeyri-rəsmi mətbuatdan da yalnızca birinin yazdığına nəzər salaq: “Hurriyyet.az” onlayn İnformasiya Agentliyinin həmin yoxlama ilə bağlı dərc etdiyi yazıya da yox, təkcə onun sərlövhəsinə baxmaq kifayətdir ki, rəsmilərin yazdıqlarında “mərhəmət hissinin” çooox qabardığını, hətta ifrat həddə olduğunu görəsən. Başlığa baxın və rəsmilərin yazdıqları ilə qeyri-rəsmilərin yazdıqları mənimsəmə fərqindən heyrətə gəlin: “Abşeron-Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva 26 milyonluq yeyinti edib, niyə idarə müdiri işləyir?” Yazının içinə girib araşdırmaçı xanım jurnalistin İlhamə xanım haqqında yazdıqlarını tam oxumanızı tövsiyə etməzdim – ürpənərsiniz, səksənərsiniz.

    Mənimsəmədəki (rəsmilər “mənimsəmə”, “yeyinti” əvəzinə maliyyə pozuntuları yazır) fərq (594,6 min manat hara, 26 milyon hara) nədən, hansı “razborka”lardan sonra yaranıb, korrupsiyaya qurşanın, ağlı mədəsinə işləyən təhsil buqələmunları - məllimlər (bəli, məhz məllimlər) nə əcəb cinayət edərək mənimsəyib yedikləri qusdurulduqdan sonra azadlıqda qalıblar, onların himayədarları kimdir (bu barədə qeyri-rəsmi, müstəqil mətbuatda çoxsaylı araşdırma yazıları var. İnterneti vərəqləmək kifayətdir ki, bu sistemdəki proteksiya zənciri, tükürpədən korrupsiya faktları ilə üz-üzə gələsən-müəllif) ki, belə toxunulmazlıq statusu qazanıblar? Hələlik... bütün bu sadalananlar bir başqa araşdırma yazısının mövzusu olduğundan keçək mətləbə.Yuxarıda qeyd etdik axı, bu mövzunu davam etdirəcəyimizdən bəhs etmişdik. Etdiririk.

    Demək Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində 240 məktəb, 125 məktəbəqədər, 10 məktəbdənkənar ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.

    AzEdu.az-ın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, hazırda bölgədə ümumilikdə 124 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir: “Belə ki, Gəncə rayonu üzrə 42, Goranboyda 33, Samuxda 19,

    Göygöldə 18, Daşkəsəndə 11, Naftalanda isə 1 bağça fəaliyyət göstərir deyə”,- qeyd olunub.

    Bəri başdan qeyd edək ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti hələ ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki müəssisələrdə “Abşeron-Xızı”-dakı kimi kompleks yoxlamalar aparmayıb.

    Amma... Press-fakt olaraq hadisələri bir balaca qabaqlamaq istərdik. Nədəni bu ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində baş verən qanunsuzluqlar barədə bizə edilən şikayətlər (təbii ki, biz də həmin şikayətləri prokurorluğa yönləndirmişik), yerlərdən verilən siqnallar əsasında prokurorluğun müraciətinə rəğmən Dövlət Maliyyə Nəzarəti Xidməti sözügedən müəssisələrdə yoxlamalara başlayıb və bu yoxlamalar bu gün də davam etdirilir. Artıq 1, 5, 8, 9, 11, 14, 39, 44 saylı məktəblərdə yoxlamalar demək olar ki, tamamlanıb. Güman ki, yaxın günlərdə bir neçəsi də tamamlanar. Adıgedən məktəblərdə aparılan yoxlamaların nəticələri barədə rəsmi məlumatlar açıqlanmasa da, səhih mənbələrdən aldığımız bilgiyə görə yoxlanılan hər bir subyektdə ciddi nöqsanlar aşkarlanıb. Sözümüzə söykək üçün isə tək bir məktəbdə aparılan yoxlamanın nəticəsi kimi sorğumuza rəğmən Baş prokurorluqdan bizə göndərilən məktubu fotofakt kimi təqdim edirik:

     

    (Yeri gəlmişkən 39 nömrəli məktəbdə 2024-cü ilin fevral-may aylarında təkrar maliyyə pozuntuları ilə bağlı məlumatları Gəncə Şəhər prokurorluğuna ünvanlamışıq. İndiyədək hələ ki, heç bir cavab yoxdur.)

    Amma nə sirdisə, adına rəsmilər kimi nöqsan dediyimiz, xalq dilində yeyinti, ciddi maliyyə pozuntusu, bir az da öz adı ilə desək, nə qədər mənimsəmə olsa da, hələ ki heç kimə “gözün üstə qaşın var” deyən olmayıb. Hələ bunlar nədir ki... Məktəbəqədər müəssisələrdə vəziyyət daha acınacaqlıdır. Belə ki, maliyyə və mənimsəməsi bir yana, bu müəssisələrdə sırf pedaqoji profilli, yəni pedaqoji fakultəni bitirənlər işləməli olsa da, səd heyf, yad ixtisaslı adamlar hətta müdir vəzifəsinə təyin olunub. Bunlardan biri isə... 13 saylı körpələr evi-uşaq bağçasıdır. Ki, bu haqda zamanında biz də yazmışdıq... Amma...

    Son olaraq... ümid edək ki, Azərtac və digər rəsmi və qeyri-rəsmi dövlət nəzarətində olan KİV şəbəkəsi yaxın zamanda Abşeron-Xızı Regional Təhsil İdarəsində aparılan yoxlamadan sonra yazdığı kimi yazacaq. Yəni  “digər Regional Təhsil İdarələrində də bənzər halların araşdırılması istiqamətində tədbirlər həyata keçiriləcək.” Əlavə edək ki, sözügedən regionlar arasında yoxlanmalı olan subyektlərin sayı da çox fərqlidir. Təsəvvür edin ki, tək Gəncə təhsil idarəsinin tabeliyində olan məktəblərin sayı  45-dir. Yəni demək istəyirik ki, subyekt sayına görə “Abşeron-Xızı” hara, “Gəncə-Daşkəsən” hara... Hətta bu "hara"nı maliyyə pozuntusuna da şamil etmək olar.

    Gözləyək, görək Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları, el dilində desək, “qara maskalıları” Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə nə vaxt təşrif buyuracaqlar...

    Mehriban Əzizqızı,

    Press-fakt

    Qeyd: Zamanında 13 saylı körpələr evi-uşaq bağçasından bəhs etdiyimiz yazının linki. Oxumaq üçün aşağıdakı linkdə https:// işarəsinin üstünə tıklamaq lazımdır.

    https://Globall.az/index.php?newsid=17546


    Oxunub: 411
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.