AZAL-ın və ADY-nin Müşahidə Şurasının üzvləri dəyişdi
"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Müşahidə Şurasının üzvləri dəyişib.
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev, AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə, AZCON-un maliyyə departamentinin direktoru Taylan Tekeli Şuranın üzvləri təyin ediliblər.
Qeyd edək ki, qurumun Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Müşahidə Şurasında da dəyişiklik edilib.
ADY-dən bildirilib ki, AZAL-ın Müşahidə Şurasının üzvləri olan şəxslər - Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) icraçı direktoru Şahin Babayev, onun müavini Vüqar Mirzəzadə, eləcə də "AZCON Holding"in baş maliyyə inzibatçısı Taylan Tekeli Şuranın üzvləri təyin olunub.

İndiyə qədər Şuranın üzvləri Azərbaycanm İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov, Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəis müavini Cəfər Babayev idi.
Press-fakt