Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevə “Axaltəkə” atı HƏDİYYƏ ETDİ

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənbaşı şəhərində “Axaltəkə” atlarına və milli “Galkynysh” atlı qrupunun çıxışına baxıblar.
Press-fakt xəbər verir ki, sonda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından dövlətimizin başçısına “Taus” ləqəbli “Axaltəkə” atını hədiyyə edib.
Oxunub: 17
Xəbəri paylaş
Paylaş: