Kim Çen In Ukraynaya qarşı döyüşən hərbçiləri təltif edib - Ağlayıb.../FOTO
Şimali Koreya lideri Kim Çen In Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edən hərbçilərini təltif edib.
Bu barədə rəsmi Pxenyanın mətbuat orqanı Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Agentliyin məlumatında qeyd olunur ki, Şimali Koreyaan olan hərbçilər “qanlı döyüşlərdə xalqın sınmaz iradəsini, Koreya Xalq Ordusunun (KXO) ideya və ruh baxımından üstünlüyünü nümayiş etdiriblər”.

Kim Çen In isə bəyan edib ki, onların fəaliyyəti Şimali Koreya ordusunu dünyanın ən güclü ordusu kimi təsdiqləyib və qələbə ilə nəticələnib. Mediada onun ölən hərbçilərin ailə üzvləri ilə səmimi görüntülərini, hətta ağladığını göstəriblər.
Mükafatlandırma mərasimində həlak olmuş koreyalı döyüşçülərin ailə üzvləri də iştirak ediblər. Səhnədə 101 nəfərin şəkli ilə memorial lövhə qurulub. Pxenyan itkilərin rəsmi sayını açıqlamasa da, Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Rusiyanın müharibəsinə göndərilmiş təxminən 15 min Şimali Koreya hərbçisindən 4700-ə yaxını itki verib, onların 600-ə qədəri həlak olub.
Press-fakt