Türkiyədə koronavirusdan daha 39 nəfər öldü
Türkiyədə son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 39 nəfər ölüb.Virtualaz.org bildirir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.
Nazir bildirib ki, son 24 saatda 101 414 şübhəli koronavirus testindən keçib, onlardan 1549-nun cavabı pozitiv çıxıb, ağır xəstə sayı 917 nəfər olub, 1003 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 267 064 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 242 812 nəfər sağalıb, 6284 nəfər ölüb.
Oxunub: 373
Xəbəri paylaş
Paylaş: