NATO Ukraynaya hərbi yardımı artıracaq - Alyansın Hərbi Komitəsinin sədri

"Ukrayna 2024-cü ildə NATO ölkələrindən 50 milyard dollarlıq hərbi yardım alıb, amma cari il verilən silahların sayı artacaq".
"Corriere della Sera" nəşri xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone deyib.
"2024-cü ildə edilən yardımın həcmi 50 milyard dollara çatıb. 2025-ci il yanvarın 1-nə biz artıq 33 milyard dollara çatmışıq, lakin ilin sonuna kimi əvvəlki göstəriciyə uyğun olacağıq, proqnozlar çox nikbindir", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, NATO ölkələri hərbi yardımı davam etdirmək və hətta onu artırmaq niyyətindədir.
Press-fakt
Oxunub: 17
Xəbəri paylaş
Paylaş: