Ən çox borcu olan dövlətlərin adı açıqlandı - Dünya üzrə borc... 100 TRİLYON DOLLAR

Ötən il dünya üzrə konsolidə edilmiş dövlət borcu 100 trilyon ABŞ dollarını keçib.
Press-fakt xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında deyilir.
Dövlət borcuna görə ilk 3 pilləni Amerika Birləşmiş Ştatları (38 trilyon dollar), Çin (14 trilyon dollardan çox) və Yaponiya (10 trilyon dollardan çox) tutur.
Çinin borcu Ümumi Daxili Məhsulun (ÜDM) təxminən 80%-ni təşkil edir. ABŞ-də bu göstərici 125%, Yaponiyada isə 255%-dir.
Yüksək borc səviyyəsi olan ölkələrə (ÜDM-in 75%-dən 100%-dən çoxuna qədər) ABŞ, Kanada, Yaponiya, Qərbi Avropa ölkələrinin əksəriyyəti, Braziliya, Misir, Sudan və bir neçə Asiya dövləti daxildir. Aşağı borc səviyyəsi olan regionlara və ölkələrə (ÜDM-in 0-50% arası) Afrikanın böyük hissəsi, Mərkəzi Asiya, Rusiya, Avstraliya, Latın Amerikasının bəzi hissələri və Cənub-Şərqi Asiyanın bəzi ölkələri daxildir.