Əhali təşvişə düşməsin! - Yararsız döyüş sursatları məhv ediləcək
25-29 avqust tarixlərində istismar müddəti başa çatımış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlukəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkul qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda vurğulanıb.
Oxunub: 15
Xəbəri paylaş
Paylaş: