İran və "Avropa üçlüyü" arasında nüvə danışıqları sabah Cenevrədə keçiriləcək
İran və “Avropa üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) arasında nüvə danışıqları avqustun 26-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək.
Bu barədə AFP məlumat yayıb.
Danışıqların gündəliyində nüvə məsələləri və sanksiyaların aradan qaldırılması yer alacaq.
Qeyd edilib ki, İranın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi rəhbərlik edəcək.
Almaniya, Fransa və Böyük Britaniyanı isə xarici işlər nazirlərinin müavinləri təmsil edəcək./apa
Oxunub: 15
Xəbəri paylaş
Paylaş: