Paşinyandan erməniləri təşvişə salan elan: Bakıya verilən söz tutuldu

“Ermənistan parlamenti ölkənin təhlükəsizlik siyasətində köklü dəyişikliyə səbəb olacaq 2026-cı il büdcə layihəsini təqdim edib. Hakimiyyət müdafiə xərclərini artırmağa davam etmək əvəzinə, əhəmiyyətli azalma elan etdi”.
Bu barədə “Kavkazar”ın məlumatında qeyd olunub.
“Kavkazar” yazır ki, ötən il Ermənistan Hindistan və Fransadan silahlar alıb. Bu il də eyni prosesi davam etdirməsi gözlənilirdi. Lakin Vaşinqtonda əldə olunan razılaşmalardan sonra geri addım atıldı, qərar qəfil dəyişdi.
Azərbaycan isə hərbi potensialını gücləndirməyə davam edir. Paralel olaraq Rusiyanın Gümrüdə yerləşən 102-ci bazasının nüfuzdan salınması üçün kampaniya aparılır, ölkədən çıxarılması üçün çağırışlar edilir.
Məlumata görə, İrəvanın müdafiə xərcləri ilə bağlı qərarı məhz Vaşinqton razılaşmasının nəticəsidir. Çünki Ermənistan Azərbaycan qarşısında öhdəlik götürüb.
Beləliklə Ermənistan Türkiyə və Azərbaycanla əməkdaşlıq, regional və beynəlxalq tranzit layihələrində iştirak üçün müdafiə mexanizmlərini qurban verir.
Press-fakt