Norveç Ukraynaya 8,45 milyard dollar ayıracaq - Yonas Qar Stere
Norveçin Ukraynaya dəstəyi həm cari, həm də gələn il davam edəcək. 2025–2026-cı illərdə ölkəyə 8,45 milyard ABŞ dolları həcmində maliyyə yardımı ayrılacaq.
Bu barədə Kiyevdə keçirilən birgə mətbuat konfransında Norveçin Baş naziri Yonas Qar Stere bildirib.
Baş nazir qeyd edib ki, bu vəsait Nansen proqramı çərçivəsində parlament tərəfindən ayrılacaq və Norveç bu dəstəyi yüksək səviyyədə saxlamağı planlaşdırır.
Stere həmçinin Ukraynanın təhlükəsizliyinin ən effektiv təminatının hərtərəfli müdafiə qabiliyyətinin gücləndirilməsi olduğunu vurğulayıb. O, iki "Patriot" sisteminin Ukraynaya tədarükünü dəstəkləyəcəklərini və bu prosesdə öz həmfikir ölkələri ilə birgə maliyyələşmə aparacaqlarını bildirib.
Bundan əlavə, Baş nazir Norveçin Ukraynaya qaz tədarükü və ehtiyatlarının yığılmasına da maliyyə dəstəyi göstərəcəyini əlavə edib və bunu Avropa tərəfdaşları ilə birgə həyata keçirəcəklərini vurğulayıb.
Press-fakt