Ukrayna artıq Pentaqondan icazə istəmir: Rusiyanı bu raketlərlə vurur
Ukrayna ABŞ-dan aldığı silahlarla bağlı məhdudiyyətlər görə, Rusiyaya qarşı cavab hücumlarında yerli istehsal olunan raketlərdən istifadə etməyə başlayıb.
Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski məlumat yayıb.
“Biz aqressiv Rusiyaya cavab verəndə artıq Pentaqondan icazə istəmirik. Çünki artıq Amerika istehsalı olan raketlərdən istifadə etmirik. Öz pilotsuz raketlərimizdən yararlanırıq", - deyə o bildirib.
Qeyd edək ki, Ukrayna bu yaxınlarda ardıcıl, “Neptun” və “Flamingo” adlı iki ədəd yeni raket hazırladığını elan edib./publika.az
Oxunub: 17
Xəbəri paylaş
Paylaş: