ABŞ Hindistan mallarına tətbiq olunan tarifləri ikiqat artırıb
ABŞ bəzi Hindistan mallarına tətbiq olunan tarifləri 25%-dən 50%-ə qaldırıb.
“Reuters“ xəbər verir ki, bu qərarın səbəbi Hindistanın Rusiya neftini almaqda davam etməsidir.
Qeyd olunur ki, yalnız bəzi sahələr — xüsusilə elektronika ixracı və dərman sənayesi — istisna edilib. Bu, “Apple”ın Hindistandakı zavodlarına yatırdığı iri sərmayələri müvəqqəti olaraq qorumağa imkan verir.
Tariflərin qaldırılmasından ən böyük zərbə isə tekstil və zinət əşyaları sahələrinə dəyəcək./apa
Oxunub: 21
Xəbəri paylaş
Paylaş: