ABŞ-da KONQRESMENLİYƏ NAMİZƏD "QURAN"I YANDIRDI - FOTO

ABŞ-ın Texas ştatında Respublikaçılar Partiyasından konqresmenliyə namizəd olan Valentina Qomes "Qurani-Kərim" kitabını odsaçan silahla yandıraraq seçkiqabağı video paylaşıb.
Bu barədə "Timeline Daily" nəşri məlumat yayıb.
Videoda Qomes "Qurani-Kərim" kitabını yandırıb və "Texasda İslama son verəcəyəm" deyə ifadələr səsləndirib.
Siyasətçi müsəlmanları xristian ölkələrini zorakılıqla təhdid etməkdə günahlandırıb və öz məqsədinə çatmaq üçün tərəfdarlarını ona qalib gəlməyə kömək etməyə çağırıb.
Press-fakt
Oxunub: 27
Xəbəri paylaş
Paylaş: