Rusiyanı ittiham edən iranlı DİPLOMATA CİNAYƏT İŞİ AÇILDI
Tehran Şəhər Prokurorluğu İranın Məsləhət Şurasının üzvü Məhəmməd Sədrə qarşı cinayət işi açıb.
Press-fakt xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Məlumata əsasən, sabiq diplomat internet üzərindən yayımlanan verilişlərin birində Rusiya ilə bağlı iddialar səsləndirib. O, Rusiya Federasiyasının İranın müdafiə mərkəzləri barədə məlumatları İsrailə ötürdüyünü iddia edib. Bu açıqlama hüquqi araşdırmaya səbəb olub.
Hazırda Tehran Şəhər Prokurorluğu tərəfindən Məhəmməd Sədrə qarşı hüquqi prosedurlar başlanılıb.
Oxunub: 21
Xəbəri paylaş
Paylaş: