Kiyevdə Avropa Komissiyasının ofisi vuruldu - “Bu, Moskvanın sülh çağırışlarına cavabıdır”
Rusiya Avropa Komissiyasının Kiyevdəki ofisini vurub.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen məlumat yayıb.
O, X sosial şəbəkəsində yazıb: "Aİ-nin Kiyevdəki ofisi də vuruldu. İşçilərimiz təhlükəsiz yerdədir".
Leyen Rusiyanı "mülki infrastruktura hücumları dayandırmağa" və "ədalətli və davamlı sülh üçün danışıqlara qoşulmağa" çağırıb. Avropa Şurasının sədri Antonio Kosta da öz növbəsində Rusiyanın Aİ ofisini “qəsdən” vurduğunu deyərək, Aİ-nin “təhdidlərə boyun əyməyəcəyini” bildirib.
Fransa Prezidenti Emmanuel Makron da Rusiyanın Kiyevə hücumunu pisləyib və bunu “terrorçu” və “barbar” hücum adlandırıb.
Aİ-nin Kiyevdəki səfiri Katarina Maternovanın sözlərinə görə, missiyanın binası ciddi ziyan görüb. O əlavə edib ki, raketlər və dronlarla gecə hücumu “Moskvanın sülh səylərinə real cavabı”dır.
Press-fakt