Ramiz Mehdiyevdən 1 milyonluq endirim - Villanın qiymətini aşağı saldı /VİDEO
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə aid olduğu iddia edilən dəbdəbəli villaya alıcı tapılmır.
Press-fakt-ın “qafqazinfo”ya istinadən verdiyi məlumata görə, bir neçə ay əvvəl 8 milyon dollara satışa çıxarılan malikanənin qiymətində birdən-birə 1 milyon dollar endirim edilib.
Hazırda 7 milyon dollar ödəyən şəxs həmin villanın yeni sahibi ola bilər. Buna baxmayaraq, hələlik son qiymətlə də razılaşan alıcı yoxdur.
Qeyd edək ki, paytaxtın mərkəzi hissəsi sayılan Tbilisi prospektində 36 sot torpaq sahəsində yerləşən bu villa Ramiz Mehdiyevin yüksək vəzifə tutduğu dövrdə tikilib. Lakin Mehdiyev son açıqlamasında həmin villanın kimə məxsus olduğunu bilmədiyini deyib.
Oxunub: 25
Xəbəri paylaş
Paylaş: