“Qaregin getməlidir!”- Paşinyan katolikosun yaxasını niyə buraxmır?
Xeyli müddətdir bütün ermənilərin katolikosu II Qaregini “rahat buraxan” Ermənistan Baş naziri Nikol Paşinyan yenidən kilsə mövzusuna qayıdıb.
Paşinyan növbəti dəfə II Qareginin vəzifəsini tərk etməli olduğunu bəyan edib: "Erməni Apostol Kilsəsi ilə bağlı mövqeyim dəyişməyib və heç bir halda dəyişə bilməz. Ktiç Nersisyan (II Qareginin əsl adı-red.) vəzifəsini tərk etməlidir".
Paşinyan II Qaregini istefaya göndərmək üçün başladılan hərəkata rəhbərlik edəcəyini də söyləyib.
Xatırladaq ki, hazırda Ermənistanda bir neçə keşiş dövlət çevrilişinə çağırışlara görə həbsdədir. Paşinyan kilsənin siyasətə müdaxiləsində və hökumətə qarşı qalxmasında, aranı qarışdırmasında əsas günahkar kimi II Qaregini görür.
Hökumətə yaxın mətbuat Qaregin başda olmaqla, kilsənin Rusiyanın agentura yuvasına çevrildiyini yazır. Paşinyan isə yeni katolikosun seçilməsini təşkil etmək üçün koordinasiya qərargahı yaratmağa hazırlaşır.
Press-fakt