Minskdə müxalifətin izdihamlı yürüşü: Lukaşenkonun iqamətgahına doğru...

Bu saatlarda Minskdə Belarus müxalifətinin izdihamlı yürüşü keçirilir. Globall.az xarici KİV-lərə istinadən xəbər verir ki, şəhərin mərkəzi olan Müstəqillik meydanına doğru yüz minlərlə insan yürüş edir. OMON aksiya iştirakçıları arasında həbslər aparır. Şəhərdə mobil rabitə tez-tez kəsilir, metro bağlıdır.
“Alman dalğası” etirazçıların Müstəqillik Sarayı ətrafındakı milis kordonuna yaxınlaşdıqları bildirilir. Prezident Aleksandr Lukaşenkonun iqamətgahının ətrafına zirehli transportyorlar və xüsusi təyinatlılar yerləşdirilib.
Habelə Belarus KQB-sinin binası qarşısında xeyli sayda etirazçılar toplaşıb, onlardan bir qismi həbs edilsə də etirazçılar tutulanları milisin əlindən ala biliblər.
Oxunub: 580
Xəbəri paylaş
Paylaş: