Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • General Süleymani Kirmanda dəfn edilir
  • Fikrət Qoca Birinci Fəxri xiyabanda dəfn ediləcək
  • Stalinqrad döyüşündə həlak olmuş mindən çox hərbçinin qalıqları dəfn olunub
  • Eldar Salayev DƏFN OLUNDU (YENİLƏNDİ)
  • Azərbaycanda dəfn xərcləri kimlərə şamil edilmir? - AÇIQLAMA
  • QÜRBƏTDƏ dəfn edilən məşhur AZƏRBAYCANLILAR -  ARAŞDIRMA

    • Tarix: 1-09-2025, 12:15

    Qürbətdə dəfn edilən azərbaycanlılar - ARAŞDIRMA

    Suriyada yeni hökumətin qurulmasından sonra Hələb şəhərində dəfn olunan böyük Azərbaycan şairi İmadəddin Nəsiminin məzarının ölkəmizə gətirilməsi məsələsi yenidən gündəmə gəlib.

    Bir tərəfdən Nəsiminin qəbrinin vətənə gətirilməsinin milli-mənəvi dəyər daşıdığı, Azərbaycan ədəbiyyatının böyük klassikinin irsinin öz doğma torpağında yad edilməsinin vacib olduğu vurğulanır. Digər tərəfdən isə onun məzarının tarixi taleyinə şahidlik edən Hələbdə qalmasının daha məntiqli olduğu, Nəsiminin təkcə Azərbaycan deyil, bütün Şərq-islam dünyasının dəyəri kimi qorunmasının əhəmiyyət kəsb etdiyi bildirilir.

    Qeyd edək ki, ölkəmizdən kənarda dəfn olunan Azərbaycanın görkəmli nümayəndələri Nəsimi ilə məhdudlaşmır və modern.az sərhədlərimizdən kənarda dəfn edilən digər məşhurlarımızı da araşdırıb. Araşdırmanı təqdim edirik.

    Məhəmməd Füzuli 1494-cü ildə indiki İraq ərazisində anadan olub. Füzuli ədəbiyyat, riyaziyyat, astronomiya və xarici dilləri öyrənib. Onun sağlığında doğma yurduna nəzarət Ağqoyunlu, Səfəvi və Osmanlı imperiyaları arasında dəyişib. O, hər üç imperiyanın dövlət səlahiyyətliləri üçün şeirlər yazıb, ilk şeirini isə Ağqoyunlu şahı Əlvənd Mirzəyə həsr edib. Füzuli poeziyasının çoxunu İraqda Osmanlı hakimiyyəti dövründə yazıb və buna görə o bəzən Osmanlı şairi də adlandırılır. O, Təbriz, Anadolu və Hindistan kimi yerləri görmək arzusunu bildirməsinə baxmayaraq, İraqdan kənara heç vaxt səfər edə bilməyib. 1556-cı ildə Füzuli taun xəstəliyindən vəfat edib və vəsiyyətinə uyğun olaraq Kərbəlada dəfn olunub. 

    İmam Hüseynin dəfn olunduğu ziyarətgah kompleksinin ərazi illərdir aparılan tikinti işlər səbəbi ilə ictimaiyyətə bağlıdır. Onun adını İmam Hüseyn məqbərəsinin giriş qapılarının birinin yanındakı divara həkk edərək, daşın üzərinə bu yerdə dəfn olunduğunu yazılıb və ziyarət üçün rəmzi məzarı hazırlanıb. Məzarın üzərinə, Hicri 10-cu əsrdə yaşamış, ərəb, türk və kürd dillərində İmam Hüseyn haqda mərsiyələr qələmə alan şair Füzuli Bağdadinin qəbri, - yazılıb. 

    1812-ci ildə Nuxa – indiki Şəki şəhərində anadan olan Mirzə Fətəli Axundzadə Azərbaycan ədəbiyyatında realist dramaturgiyanın banisi, maarifçiliyin öncülü və düşüncə azadlığının təbliğatçısı kimi tarixə düşüb. Bütün həyatını xalqının tərəqqisinə həsr edən M. F. Axundzadə ağır xəstəlikdən sonra 1878-ci ildə - 65 yaşında Gürcüstanda vəfat edib. Onun məzarı Tiflis müsəlman qəbiristanlığında görkəmli azərbaycanlılar panteonunda, öz vəsiyyətinə uyğun olaraq müəllimi Mirzə Şəfi Vazehin qəbri yanında dəfn olunub. 

    Rəşidbəy Əfəndiyev Axundzadəni ömrünün son günlərində ziyarət edib. R. Əfəndiyev xatirələrində yazır:

    “O, mənə Qori darülmüəllimeyninə daxil olmağı məsləhət gördü. O zaman mənə öz komediyalarından bir nüsxə yadigar verib dedi: “Qardaş oğlu! Mənim bu əsərlərimdən xoşladığınızı vətənim Nuxada səhnəyə qoymağınızı arzu edirəm”.
    Mən tapşırıqlarına əməl etdim. 1879-cu ildə Nuxa şəhərində barama anbarlarının birində səhnə düzəldərək “Hacı Qara”nı oynadıq. Mən özüm Hacı Qara rolunu götürmüşdüm”.

    Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimardan bəy Topçubaşovun məzarı mühacir həyatı yaşadığı Parisdə yerləşir. 

    Əlimərdan bəy 8 noyabr 1934-cü ildə Paris ətrafında, vəfat edib. Məzarı Sen Klu şəhər qəbirstanlığında yerləşir. Onun dəfnində Məhəmməd Əmin Rəsulzadə və AXC-nin sürgündə olan hökumətlərinin nümayəndələri iştirak edib.  “…Çox çəkməz məmləkət qurtular; və o zaman mütəşəkkir millət ilk parlamentinin rəisini, istiqlal davasının vəkilini xatırlar, gələr, səni oğlunla bərabər buradan alar, arzu etdiyin vətən torpağına götürər və xatirəni əbədiləşdirər…
    Budur sənə söyləyəcəyim son söz! … Sənə bizlərdən minlərlə rəhmət ! … Sənə bizlərdən minlərlə hörmət!! …” – Topçubaşovun məzarı başında Məhəmməd Əmin Rəsulzadə nitqi zamanı deyib.     

    Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Nuxada - indiki Şəki şəhərində anadan olub. O əslən Cənubi Azərbaycanın Xoy şəhərindən olub, sonralar Şimali Azərbaycana - Şəkiyə köç etmiş məşhur Xoyskilər nəslindəndir. 

    O, Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk Nazirlər Şurası sədri və daxili işlər naziri təyin edilib. 1920-ci ilin aprelində Azərbaycan Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Fətəli xan Gürcüstana-Tiflisə getməyə məcbur oldu. Tiflisə köçdükdən sonra bolşeviklər onu təqib etməyə başladılar. Bu iş ermənilərə həvalə olunmuşdu.

    Uzun sürən təqibdən sonra erməni quldurları 1920-ci il iyun ayının 19-da Fətəli xanı qətlə yetirdilər. Qatillər "Daşnaksütyun" partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan idi, onlar Tiflisdəki İrəvan meydanında Fətəli xan Xoyskiyə arxadan atəş açaraq öldürdülər. Tiflis müsəlman qəbiristanlığında görkəmli azərbaycanlılar panteonunda dəfn edilib. Onun dəfn mərasimini Tiflisdəki İran konsulluğu həyata keçirib.


     
    Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olan Məmməd Əmin Rəsulzadə Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən müalicə alırdı, o həmin xəstəxanada 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış vəfat edib. Ankara radiosu martın 7-sində saat 22:45-də Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin vəfat etdiyi xəbərini yayıb.

    Saat 12:30-da M.Ə.Rəsulzadənin cənazəsini Əsri məzarıstanlığına aparılır. Cənazənin önündə “Azərbaycan Kültür Dərnəyi”, “Yardımlaşma Dərnəyi”, “Milli Kitabxana”, “Türk Kitabxanaçılar Dərnəyi”, “Qarslı Yüksək Tələbələrə Yardım Dərnəyi”, “Qəzetəçilər Cəmiyyəti” təmsilçiləri, İdil-Ural  və Krım türklərinin, polşalıların nümayəndələri vardı. M.Ə.Rəsulzadənin cənazəsi Əsri məzarıstanlığında (156 ada 12 parsel saylı  məzar) torpağa tapşırıldı.  

    Məzarı başında ilk sözü Əbdülvahab Yurdsevər deyib:

     “Əziz qardaşlarım! Bu gün son yarım əsrlik türk tarixinin ən böyük, ən nurlu simalarından birini torpağa təslim edirik. Məhəmməd Əmin Rəsulzadə əlli ildən çox siyasi, ictimai,elmi, ədəbi çalışmaları, türklük və Azərbaycan istiqlalı uğrundakı qəhrəmanca savaşları ilə bu yüksək ünvana və şanlı mərtəbəyə çatmışdır. Emin bəy türk ulusunun qurtuluş yolunu təşkilatlandıran, parlaq bir istiqbala doğru götürənlərdən biridir. Onun adı şanlı bir mübarizə simvoludur. Onun həyatı sönməz bir məşəldir. Onun yolu istiqbal və zəfər yoludur”.

    1891-ci ilin fevralında Şuşada anadan olan Ceyhun Hacıbəyli nüfuzlu Hacıbəylilər ailəsində dünyaya gəlib. Əsasən bədii, elmi ədəbiyyat və publisistika ilə məşğul olmasına baxmayaraq, musiqi sahəsində də qardaşı Üzeyirə kömək edirdi. Şərqin ilk operası olan “Leyli və Məcnun”un ərsəyə gəlməsində onun da müəyyən xidmətləri var. Hətta 1908-ci ildəki ilk premyerada Ceyhun Hacıbəylinin İbni Səlam və Nofəl rolunu da oynadığı deyilir. Murtuza Nağıyevin maliyyə dəstəyi hesabına əvvəlcə Sankt-Peterburqda, daha sonra isə o zamanın ən nüfuzlu universiteti sayılan Parisin Sorbonn Universitetində Siyasi işlər fakültəsində təhsil alıb. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin Versal sülh konfransında müşaviri təyin olunur. Əlimərdan bəy Topçubaşov komandasının əsas simalarından olan C.Hacıbəyli bundan əvvəl parlamentin rəsmi orqanı olan “Azərbaycan” qəzetində redaktor kimi də öz bacarığını göstərmişdi.

    1919-cu ildən ölümünə qədər vətənindən uzaqda mühacirət həyatı yaşayan Ceyhun Hacıbəyli vəfatından üç gün əvvəl - 1962-ci ilin 19 oktyabrında Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkiloğluna məktub ünvanlayır. Həmin məktubda o, Azərbaycanın istiqlalı üçün mühacirlərin tək bayraq altında birləşmələrini və mübarizə aparmalarını arzulayır, hər cür qruplaşmaya qarşı olduğunu bildirir və dostuna mühacirləri bir yerə toplamasını vəsiyyət edir. Bu barədə sonradan "Mücahid" jurnalının 1963-cü il nömrəsində "Ceyhun bəyin vəsiyyəti" adlı irihəcmli məqalə dərc olunur. 

    Ceyhun Hacıbəyli 22 oktyabr 1962-ci ildə Parisdə dünyasını dəyişib. Burada Sen-Klu qəbiristanlığında dəfn edilib

    Araşdırmaçı-jurnalist Qərənfil Quliyeva bildirir ki, Fəxri xiyabanda Hacıbəylilər ailəsinin dəfn olunduğu hissədə Üzeyir bəyin məzarının yanında bir boş yer var ki, onu da Ceyhun Hacıbəyli üçün saxlamışdılar. Ailəsi istəyirdi ki, o, Üzeyir bəyin yanında dəfn olunsun. Yəni onun vətənə qayıdacağına axıradək inanırdılar:
    “Ceyhun bəy isə buna heç inanmırdı. Elə yazının əvvəlində onun adından verilən qeydlərdə bildirildiyi kimi, Ceyhun bəy ömrünün axırına qədər bunun acısını çəkib: “Onları bir daha görmədim və heç vaxt da görməyəcəyəm. Doğmalarım - kişilər və qadınlar bir-birinin ardınca dünyadan köçürlər. Elə mən özüm də köçəcəyəm...”.


    “1960-cı ildə Ceyhun bəy Fransanın jurnalına verdiyi müsahibədə ona ünvanlanan suala cavab olaraq yaxın zamanlarda SSRİ-nin çökəcəyini deyib. Qeyd edib ki, “mən inanmıram ki, o quruluş 100 il yaşasın”.
    Ceyhun Hacıbəyli bu müsahibədən 2 il sonra dünyasını dəyişir. Parisdə dəfn edilən Ceyhun Hacıbəylinin vətəndə də hələ qazılmamış məzarı var. Üzeyir bəy hələ də onu “gözləyir...”.

    1869-cu ildə Şuşada dünyaya gələn, Azərbaycan və Türkiyə ictimai-siyasi xadimi  Əhməd bəy Ağaoğlu 1905-ci ildə çar hökumətinə və daşnaklara qarşı mübarizə aparmaq üçün gizlin "Difai" təşkilatını qurub Bir müddət sonra çar hökuməti tərəfindən təqib olunan Əhməd bəy aylarla dostlarının evində gizlin yaşadıqdan sonra həbs olunmamaq üçün 1908-ci ilin sonlarında İstanbula köçməli olur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə gəlmiş Qafqaz İslam Ordusu komandanının siyasi müşaviri olmuşdur. 1918-ci ildə Zəngəzur qəzasından bitərəf nümayəndə olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilir.Ömrünün sonuna qədər Türkiyədə yaşayan Ə. Ağaoğlu dəyişməzdən əvvəl başına toplanan övladlarına və ağlayan qızı Tezerə bunları deyir: 

    “Ağlama qızım, insan şüurlu bir makinadır, o da bir gün dayanacaq, əlbəttə. Mənə söz verin, heç bir güc sizi bir-birinizdən ayırmayacaq. Heç bir zaman doğrunu söyləməkdən çəkinməyin, doğruya doğru, əyriyə əyri deyin”.    

    Əhməd bəy Ağaoğlu qaraciyər iltihabından ürək çatışmazlığı nəticəsində 19 may 1939-cu ildə İstanbulda dünyasını dəyişib. Ağaoğlunun cənazəsi Nişantəpədəki evindən, Təşfikiyyə camisinə gətirilib. Cənazə namazı qılındıqdan sonra isə Feriköy məzarlığında həyat yoldaşının yanında dəfn olunub. 1939-cu il mayın 19-dan 22-dək olan bütün Türkiyə qəzetləri Əhməd bəy Ağaoğlunun dəfnindən reportajlar, xatirələr, həyatından müxtəlif detallar çap edirlər.

    1864-cü ildə Salyanda dünyaya gələn, Azərbaycan mütəfəkkir yazıçısı, publisist və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri də Əli bəy Hüseynzadədir.  1885-ci ildə Sankt-Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olur, burada "Xalqçılar" hərəkatına rəğbət bəsləyir. Bu səbəbdən bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır. Ə. Hüseynzadə Türkiyəyə, İstanbula gəlir, burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunur.

    Əli bəy axırıncı dəfə Azərbaycana 1926-cı ildə keçirilən Türkoloji Qurultaya qatılmaq üçün gəlib. Həmin vaxt qardaşı İsmayıla deyib ki, mən görürəm, burada vəziyyət gərgindir. Mən artıq Azərbaycana gəlməyəcəyəm və sənə də məktub yazmayacağam. Çünki bu, sənin üçün təhlükəlidir. Bundan sonra İsmayılı həbs edib, 2 illiyə Kurqan şəhərinə sürgünə göndəriblər. Oradan qayıtdıqdan sonra yenidən 1941-ci ildə bütün Hüseynzadələr ailəsini sürgünə göndəriblər.

    Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib. Onun məzarı İstanbulda Karaca Ahmet məzarlığında dəfn edilib. Həmin məzar daha sonra oğlu Səlim Turana da son mənzil olub. 

    Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə Hüseynzadə müsahibələrinin birində deyir: Əli bəyin övladları mənə deyirdilər ki, çox böyük əzabla yaşayıblar. Onların öz evləri olmayıb, kirayələrdə böyüyüblər. Hətta uşaqların hərəsi bir kirayə evdə dünyaya gəlib. Feyzavər həmişə atası ilə bir otaqda qalırmış. Əli bəy isə gecə yarısına qədər yazırmış.

    O hər səhər - yayda da, qışda da durub, soyuq su ilə başını yuyurmuş. Bir gün oğlu Səlim görüb ki, atası üzünü yuyan zaman yavaş-yavaş arxaya tərəf gedir. Həmin dəqiqə Səlim atasını tutub və yatağa uzadıb. Və Əli bəy heç bir söz demədən, elə oradaca dünyadan köçüb. Əksəriyyəti iztirablar içində, 30 ildən çoxunu mühacirətdə keçən Əli bəy Hüseynzadə ömrü 76 yaşında, 1940-cı ildə İstanbulda başa çatır. Qaraca Əhməd məzarlığında, Səlimiyyə təkkəsi qarşısındakı yerdə, şair Hədimin qəbri yaxınlığında dəfn olunur. Yeganə oğlu Səlim bəy Parisdə yaşayıb. Elə orada da dünyasını dəyişib. Cənazəsini İstanbula gətirib, atasının məzarına dəfn ediblər.
    Ata-oğul eyni məzarda. Onun məzarının Azərbaycana gətirilməsi məsələsi ortaya çıxanda da qızı Feyzavər xanım deyib ki, “istəmirəm, atamı narahat etsinlər, qardaşımız Səlim də onun yanındadır”.

    Azərbaycanlı dramaturq Hüseyn Cavidin də məzarı bir vaxtlar ölkə hüdudlarından kənarda - sürgün olunduğu Sibirdə yerləşirdir. Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci il oktyabrın 26-da şairin nəşi Sibirdən Bakıya, sonra isə doğulub boya-başa çatdığı Naxçıvan şəhərinə gətirilərək evinin qarşısında torpağa tapşırılıb, 1996-ci ildə məzarı üzərində məqbərə ucaldılıb. Həmçinin Cavidin ömür-gün yoldaşı Mişkinaz xanımın, oğlu Ərtoğrulun qəbirləri (hər iki qəbir 1996-cı ildə, sərdabə tikilərkən buraya köçülürüb) və qızı Turan xanımın qəbri sərdabədədir.

    Arifə Kərimzadə


    Oxunub: 99
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.