Soner Oruçoğlu Zakir Həsənovun müşaviri TƏYİN EDİLİB
Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığının yeni rəhbəri təyin edilən Soner Oruçoğluya həm də Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsi həvalə edilib.
Press-fakt-ın əldə etdiyi məlumata görə, general-leytenant Soner Oruçoğlu müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri təyin edilib.
Xatırladaq ki, bir müddət əvvəl sözügedən vəzifəni icra edən Bəxtiyar Ersay Türkiyə Prezidentinin sərəncamı ilə Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının Birinci Ordusunun komandanı təyin olunub. O, yeni təyinatı ilə əlaqədar Bakıdakı vəzifəsindən azad edilib.
Qeyd edək ki, Soner Oruçoğlu ötən ilədək Türkiyənin Azərbaycandakı səfirliyinin hərbi attaşesi olub. Türkiyənin Quru Qoşunlarında xidmət edən Oruçoğluya avqust ayında general-leytenant rütbəsi verilib.