Həbsdəki sabiq hakimə yenidən cinayət işi açıldı - Bu dəfə dələduzluqda ittiham olunur
Hazırda həbsdə olan Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədova yenidən cinayət işi açılıb.
Elsun Əhmədov bu dəfə dələduzluqda ittiham olunur.
Məlumata görə, Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə aparılan istintaqa əsasən, sabiq hakim başqasının 20 min manat pulunu ələ keçirməkdə günahlandırılır.
Xatırladaq ki, Elsun Əhmədov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə rüşvət almaq ittihamı üzrə 5 il müddətinə azadlıqdan məhrum edilib./gününsəsi
Oxunub: 31
Xəbəri paylaş
Paylaş: