Donald Trampın Hindistanla bağlı bəyanatı: Artıq çox gecdir!
ABŞ prezidenti Donald Tramp, Hindistanın Amerika mallarına tətbiq etdiyi tarifləri sıfıra endirməyi təklif etdiyini, lakin bu təklifin artıq gec olduğunu bildirib.
Press-fakt xəbər verir ki, Truth Social platformasında paylaşım edən Tramp, Hindistanla ABŞ arasında ticarət balansının uzun illərdir birtərəfli olduğunu deyib:
“Biz Hindistana çox az mal satırıq, amma onlar bizə böyük miqdarda məhsul göndərirlər. Bu, illərlə davam edən birtərəfli münasibətdir.”
Tramp Hindistanın ABŞ mallarına yüksək tariflər tətbiq etdiyini və bunun nəticəsində ABŞ müəssisələrinin Hindistana satış imkanlarının məhdud qaldığını vurğulayıb.
“Onlar neft və hərbi məhsulların böyük hissəsini Rusiyadan alırlar. ABŞ-dan çox az pay gedir. İndi isə tarifləri sıfıra endirmək istəyirlər – lakin artıq gecdir. Bunu illər əvvəl etməli idilər,” – deyə, Tramp əlavə edib.