Rusiyada demoqrafik fəlakət - Bir ildə məktəbə gedən uşaqların sayı 300 min nəfər azalıb
Rusiya hökumətinin məlumatına görə, 1 sentyabrda başlayan yeni tədris ilində orta məktəblərin birinci siniflərinə cəmi 1,5 milyon uşaq gedib. Müqayisə üçün, 2024-cü ildə bu rəqəm 1,8 milyon, 2023-cü ildə isə 2 milyon olub. Beləliklə, son iki ildə ölkədə birinci sinifə gedən uşaqların sayı 25 faiz azalıb.
Rusiya Statistika Komitəsinin (Rosstat) məlumatına əsasən, 2025-ci ilin mayına qədər ölkədə ümumi doğum göstəricisi hər qadına düşən 1,376 uşaq olub. Bu, 2006-cı ildən bəri ən aşağı göstəricidir. Son 10 ildə doğum əmsalı 22 faiz geriləyib.
2024-cü ildə ölkədə cəmi 1 milyon 222 min körpə dünyaya gəlib – bu, 1999-cu ildən bəri minimum göstəricidir. 2023-cü illə müqayisədə 3,4 faiz azalma qeydə alınıb. 2025-ci ilin ilk rübündə isə mənfi tendensiya daha da sürətlənib – cəmi 288,8 min uşaq doğulub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 4 faiz azdır.
“The Moscow Times” yazır ki, tanınmış demoqraf Aleksey Rakşa hazırkı vəziyyəti “XVIII–XIX əsrlərdən bəri görünməmiş antirekord” adlandırıb.
Press-fakt