“Azərenerji” prezidenti Balababanın kürəkəni Londonda şirkət açıb - Qapı-pəncərə istehsal edəcək
“Azərenerji” ASC-nin prezidenti Balababa Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium məhsulları üzrə şirkət yaradıb.
Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli “Facebook” səhifəsində məlumat paylaşıb.
Jurnalistin yazdığına görə, Fərid Fərhadzadə bu ilin mart ayında – ad günündə, Londonda “ALUFAR UK LIMITED” adlı şirkəti qeydiyyatdan keçirib. Sənədlərə əsasən, şirkətin direktoru Vüqar Axundov, benefisiar sahibi isə Fərid Fərhadzadədir. Qeyd edilir ki, o, bu şirkəti Londonda **İsrail vətəndaşı** kimi təsis edib.
Cavanşir Həsənli bildirir ki, şirkətə 25120 saylı fəaliyyət kodu – metal qapı və pəncərə istehsalı üzrə lisenziya verilib. Bu fəaliyyət sahəsi əsasən alüminium, polad, dəmir və digər metal materiallardan qapı, pəncərə və onların çərçivələrinin istehsalı ilə məşğul olan müəssisələri əhatə edir.
Jurnalist əlavə edib ki, Fərid Fərhadzadə həm də **Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi, general-mayor Rüfət Fərhadovun oğludur.
Press-fakt