Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • BDU-da 8 dekan və 29 kafedra müdiri vəzifəsi boşdur - SİYAHI
  • “Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlandı - FOTO
  • Məzahir Pənahov bu vəzifəsindən AZAD EDİLDİ
  • “Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb – Təhsil Nazirliyi
  • Eldar Salayev DƏFN OLUNDU (YENİLƏNDİ)
  • BİR RİYAZİYYATÇININ MANİFESTİ

    • Tarix: 3-09-2025, 02:22

    Riyaziyyat, fizika, kimya, biologiya üzrə keçirilən Beynəlxalq olimpiadalarda iştirak edən bütün çinli şagirdlərin qızıl medal qazanmasının sirri nədədir? Nəhəng Çin riyaziyyatçısı Yau Şintunun bioqrafiyasını oxuduqdan sonra sualın cavabını tapdım.

    Yau Şintun kimdir?

    Yau Şintun 22 yaşında Berklidə dissertasiya müdafiə etdikdən sonra Stenford Universitetində, Prinston Perspektiv Tədqiqatlar İnstitutunda işləmişdir. 2008-ci ildən Harvard Universitetində Riyaziyyat fakültəsinə rəhbərlik edir. Riyaziyyat elminin differensial həndəsə və topologiya sahələrinə böyük töhfələr vermişdir. 

    Yau Şintun Kalabi hipotezini (indi Kalabi–Yau hipotezi adlanır) isbat etdiyinə görə 1982-ci ildə riyaziyyat üzrə ən yüksək mükafat sayılan Filds medalına layiq görülmüşdür. Bu nəzəriyyə təmiz riyaziyyatla yanaşı, riyazi fizika üçün də çox böyük əhəmiyyət daşıyır və bununla çinli riyaziyyatçı tərəfindən strun nəzəriyyəsinin əsası qoyulmuşdur. Bununla yanaşı, Şintun riyazi-fizikada – ümumi nisbilik nəzəriyyəsində “müsbət enerji haqqında teoremi” isbat etmişdir.


    Yau Şintun “Həyatımın konturu” kitabında yazır: “Mən 1949-cu ilin payız ayında Çində Kommunist inqilabının alovlandığı vaxtlarda dünyaya gəlmişəm. Bir neçə aydan sonra ailəmiz Honq Konqa köçüb. Biz Honq Konqa yüz minlərlə çinli kimi qaçqın düşəndə atam müəllim kimi uzun müddət işsiz qaldı. Ailəmiz 8 nəfərdən ibarət idi. Kasıb ailə olduğumuza görə qidalanmaq üçün bütün vasitələrdən istifadə edirdik. Məsələn, uşaq vaxtı məhsul yığımından sonra yerdə qalan kartofu sevinclə yığır, düyü sahələrində eşələnib dadlı sulu fındıq toplayırdıq. Bununla yanaşı, biz qurbağa da ovlayırdıq. Qurbağa ilə oynamaq çox maraqlı idi: irilərini dərhal bişirib yeyirdik. Bizi qorxudan yeganə heyvan zəli idi. Əlimizə və ayağımıza yapışanda qopmaq bilmirdi. Anam hər gün ərzaq almaq üçün şəhərə yollanırdı. Səhər tezdən insanlar məhsullarını satmaq üçün yolun kənarına yığırdılar. Ticarət qeyri-qanuni olduğundan polis onları qovurdu. Panika və xaos yaranırdı. Mən insanların yaşamaq üçün itirdikləri mallarına çox təəssüflənirdim. Biz sadəcə yaşamaq üçün mübarizə aparırdıq. Səbirsizliklə bayramları gözləyirdik. Yoxsul olmağımıza baxmayaraq anam Yeni il bayramına bir ay qalmış hazırlıq işləri görürdü.

    ... Oxuduğum məktəbdə ayaqyolu 5-6 dəqiqəlik məsafədə yerləşirdi. Yuxarı sinif şagirdləri orada gizlənir və opium çəkirdilər. Buna görə də çalışırdıq ki, ayaqyoluna nadir hallarda gedək. 4-cü sinifdə yaxşı oxumağa başladım. Anam buna çox sevindi. 5-ci sinifdə bizə ingilis dili dərsi keçməyə başladılar. Bir dəfə sinif yoldaşlarımla dərsdən evə gələndə bir qrup xuliqanla rastlaşdıq. Mən vəziyyəti analiz etdim və anladım ki, onlar çox güclüdürlər. Dostlarıma dedim ki, müdafiə mövqeyində durmalıyıq. Necə? Ovcuma bir neçə daş yığıb onlara tərəf atmağa başladım. Onlar qorxub qaçdılar. Həmin gündən qəhrəmanlığım dillər əzbəri oldu və məni sinifdə özlərinə lider seçdilər. Uşaq yaşlarımdan ruhumun gücü gələcəkdə mürəkkəb situasiyalardan baş çıxarmaqda mənə yardımçı oldu.

    Honq Konqda ən yaxşı özəl orta məktəbin direktoru atamın dostu idi. Mən qəbul imtahanı verib bu məktəbə daxil oldum. Məktəbin məzunu Deniel Tsuy (məndən 10 yaş böyükdür) 1998-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Məktəbin 8 məzunu Amerika Milli Elmlər Akademiyasının üzvüdür. Bu məktəbin məzunlarından biri də Harvard Universitetinin professoru, nəhəng riyaziyyatçı Siu Yumtundur. Təhsilimin ikinci ilində mən riyaziyyatın dadını duydum. Bizim güclü müəllimlərimizdən biri Evklid həndəsəsini tədris edirdi. Başa düşdüm ki, 5 sadə aksiomu dərk etməklə nə qədər uzaqlara getmək, saysız-hesabsız teoremlər isbat etmək mümkündür və sərbəst şəkildə riyaziyyatla “oynamağa” başladım. 10-cu sinifdən repetitorluğa başladım. Əlbəttə, atamın vəfatından sonra dolanışığımız çətinləşmişdi.

    Böyük riyaziyyatçını məftun edən dərslik

    Şintun yazır: “Mən nəhəng Çin riyaziyyatçısı Xua Logenin kitabı ilə tanışlıqdan sonra yeni impuls qazandım. Bu kitab ədədlər nəzəriyyəsinə aid idi və mənim ali riyaziyyatla tanışlığıma yol açdı. Kitab mənim üçün əsl kəşf idi. Anladım ki, riyaziyyat öz gözəlliyi ilə insana zövq verməlidir. Və dərhal duydum ki, riyaziyyat mənim peşəmdir. 11-ci sinifdə mən differensial və inteqral hesablamaları öyrəndim. Qənaətə gəldim ki, çinli olan da beynəlxalq səviyyəli riyaziyyatçı ola bilər. Biz uzun illər natamamlıq kompleksində yaşamışıq. Lakin Yanq Çjen və Li Tsindau 1957-ci ildə fizika üzrə Nobel mükafatına layiq görüldükdən sonra bu kompleks bir qədər azaldı. Yanq Honq Konqda mühazirə oxumağa gələndə mən 10-cu sinifdə oxuyurdum. Beləliklə, imtahanlardan yüksək bal toplayıb Honq Konqda Çin Universitetinə daxil oldum. Bu universitetdə ən parlaq ağllar dərs keçirdi. Universitetin rektoru Berklidə Kaliforniya Universitetindən gəlmiş Li idi. Onun Berklidən dəvət etdiyi Stiven Sallaf mənim böyük riyaziyyatçı kimi yetişməyimdə mühüm rol oynadı. İstedadımı duyan kimi mənim Berklidə təhsil almağıma yardımçı oldu”.

    Şintun Filds medalına layiq görüldükdən sonra Çin hökumətinə “Riyaziyyat Mərkəzi”nin yaradılması ideyasını verir. Mərkəzin tikintisi 1998-ci ildə başa çatır və onu mərkəzə direktor təyin edirlər. Çin riyaziyyatçılarının 1-ci konqresi 1998-ci ilin 12–16 dekabrında Çinin Mərkəzi Böyük Xalq Zalında keçirildi. Çin əsilli iki nəfər qızıl medal qazananların hərəsinə 25 000 dollar, dörd nəfər bürünc medal qazananların hərəsinə isə 10 000 dollar pul mükafatı verildi. Hər üç ildən bir mükafat uğrunda yarışda 300 məktəb və 850 komandadan 2000-dən çox şagird iştirak edir. 2015-ci ildə 24 Riyaziyyat mükafatı laureatının yarısı dünyanın aparıcı universitet və kolleclərinə daxil oldular. 

    Şintun yazır: “Mən o zaman şübhə etmirdim ki, onlar tədrisi başa vurduqdan sonra vətənə qayıdıb töhfələrini verəcəklər. Biz riyaziyyatçıların varlanmaq fikri yoxdur, yaxud hansısa sülalə yaratmağa cəhd etmirik, əbədi həqiqət yolunda bizi irəli aparan nəzəriyyə və tənliklər axtarışındayıq. Riyaziyyat elmi dövləti varlı və qüdrətli etmək gücünə malikdir. Ona görə ki, bu elm bütün tətbiqi elmlərin fundamentini təşkil edir. Bununla yanaşı, riyaziyyata sahib çıxmaq ölkədə sülhün və sabitliyin qorunmasının qarantı ola bilər. Bizim disiplin müasir cəmiyyətdə həyatın dayanıqlığı və planlaşdırılmasında əvəzsiz rol oynayır".

    Şintunun təşəbbüsü ilə Çində fizika üzrə “Məktəbli mükafatı”, 2016-cı ildə isə biologiya və kimya üzrə “Məktəbli mükafatı” təsis olundu. Hər il məşhur fiziklər Brayan Qrin, fizika üzrə Nobel mükafatı laureatı Devid Qross, məşhur riyaziyyatçılar Con Koats, Terens Tao Çinə münsif kimi dəvət olunurlar.


    Şintunun etirafı: “Mən yaşlaşmışam, yaddaşımda da problem var. Qorxuram ki, indi mənim təklif etdiyim isbatlar kolleqa və dostlarımı qane etməsin. Yəni mən artıq tədqiqatlarla məhsuldar məşğul ola bilmirəm və bütün gücümü dərs deməyə yönəltmişəm. İndiki anda mənim 70 aspirantım PhD dərəcəsi üzrə müdafiə edib. Hamilton bir dəfə dedi ki, mən ən istedadlıları seçərək mürəkkəb məsələləri həll edənlərin birliyini yaratmışam. Düşünürəm ki, o haqlıdır, bütün hallarda qürur duyuram – bu uşaqlar ediblər və gələcək üçün də edəcəklər. Vaxt gələcək mən dərs deməyə də yaramayacağam. Bu anda kölgəyə çəkiləcəyəm və bunu könüllü edəcəyəm”.

    Zəruri qeyd: Pakistanlı fizik, Nobel mükafatı laureatı Əbdüs Salam 300-dən çox fizik və riyaziyyatçı yetişdirdi. Kimya üzrə Nobel mükafatı laureatı Aziz Sancar Amerikada “Türk evi” yaratdı və öz sahəsi üzrə xeyli sayda türk yetişdirir. Kimya üzrə Nobel mükafatı laureatı Əhməd Zevayl bütün ömrünü Misirdə orta təhsilin inkişafına həsr etdi. 

    Bəs biz? Azərbaycanda istedadlı riyaziyyatçılar və fiziklər yetişib. Faydası nə olub?

    Mirabbas Qasımov siyasətə qurşandı, özünü məhv etdi. Arif Babayev qısa ömrünü dekan vəzifəsində çürüdü. Bir Yusif Məmmədov da var. Hər yerdə deyir ki, cavan yaşlarımda doktorluq müdafiə etmişəm. Sonra vəzifəyə canatma onu Pedaqoji Universitetdə rektor vəzifəsinə gətirdi. Oranı da yaman günə qoydu. Allah qoymasa Hamlet İsaxanlıya da yaxşı riyaziyyatçı deyirlər. Yaratdığı universitetdə “Riyaziyyat mərkəzi” yaratmaq əvəzinə “Şeir, sənət məktəbi” yaradıb. Özü də şeir yazır. Yaratdığı özəl ali məktəbdən sərvət toplayır. Digər istedadlı riyaziyyatçı, fizik və kimyaçılar isə dabana tüpürüb ölkədən qaçıblar. İstedadlı uşaqlar üçün “Yay məktəbi” belə təşkil etmirlər. Vətəndən küsüblər axı! Şəxsi mənafeyini ictimai mənafedən üstün tutan alimdənsə bir çoban daha çox fayda verə bilər.

    Şintun kimi alimlərə eşq olsun!


    Oxunub: 207
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.