Türk ordusunun girdiyi ölkələr: Azərbaycan da var - Video
Əgər bu gerçəkləşərsə, Liviya Türkiyənin hərbi heyətinin mövcud olduğu 13-cü ölkə olacaq.
Hazırda Şimali Kipr Türk Respublikasında 20 min, Suriyada təxminən 16 min, İraqda 2500, Əfqanıstanda 400, Somalidə 300, Qətərdə 290, Kosovada 270, Bosniya və Hersoqovinada 165, Azərbaycanda 70, Albaniyada 30 türk hərbçisi var.
Bundan başqa, Türkiyə Silahlı Qüvvələri (TSQ) bəzən dənizdə terrorla mübarizə çərçivəsində Bəhreyndəki Birləşmiş Dəniz Qüvvələri Qərargahına da gəmi və şəxsi heyət göndərir.
Qeyd edək ki, ötən gün TSQ-dəki səlahiyyətli şəxslər əmr verildiyi təqdirdə ordunun Liviyada əməliyyata başlamağa hazır olduğunu deyiblər./Axar.az/
Oxunub: 453
Xəbəri paylaş
Paylaş: