Qobuda dəhşət: Kişi hamilə arvadının başını kəsdi – Qərar
Anar Bəkirovun barəsində seçilmiş həbs qətimkan tədbiri iki aya qədər artırılıb.
İttihama görə, bu ilin aprelin 29-da saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirov Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovanın bağıazını kəsib.
Leyla Bəkirova aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub. Leyla Bəkirovanın 8 aylıq hamilə olduğu məlum olub.
İstintaqa ifadə verən Anar Bəkirov törətdiyi əməli etiraf edib. O, hadisəni qisqanclıq zəminində törətdiyini deyib.
İstintaq orqanı tərəfindən Anar Bəkirovun barəsində Cinayət Məcəlləsinni 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 120.2.8-ci maddəsi ilə mühakimə olunan şəxsi 14 ildən 20 ildək və yaxud ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.
Abşeron rayon Prokurorluğunda istintaq davam edir.
Oxunub: 611
Xəbəri paylaş
Paylaş: