Santuş istefaya GÖNDƏRİLDİ - Komandanı oyuna Ayxan Abbasov çıxaracaq
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun müqaviləsinin qarşılıqlı şəkildə xitam verilib.
Bu barəfə AFFA-nın baş katibi Cahangir Fərəcullayev mətbuat konfransında deyib.
Bildirilib ki, portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.
Millini DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 komandamızın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.
Press-fakt
Oxunub: 16
Xəbəri paylaş
Paylaş: