Bu ilin 8 ayında 36 mindən çox şəxsə əlillik təyin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2025-ci ilin yanvar-avqust ayları ərzində 36,2 min şəxsə əlillik təyin edib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, onlardan 16,2 min şəxsə ilkin, 20 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.
Qeyd edək ki, əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.
Press-fakt
Oxunub: 17
Xəbəri paylaş
Paylaş: