Rusiya ordusu NATO sərhədlərində - Toqquşma riski var
"Biz NATO və Avropa İttifaqı sərhədləri yaxınlığında təlimlərə ciddi yanaşmalıyıq”
NATO ölkələri Polşa və Litva ilə sərhəddə Rusiyanın Belarusla birgə keçirdiyi "Qərb -2025" hərbi təlimləri diqqətlə izləyir.
Bu barədə “Politico” məlumat yayıb.
Nəşr qeyd edib ki, Rusiyanın qonşuları sentyabrın 12-dən 16-na kimi gərgin günlərə hazırlaşır, çünki Moskvanın NATO qüvvələri ilə toqquşma riski var.
"Biz NATO və Avropa İttifaqı sərhədləri yaxınlığında təlimlərə ciddi yanaşmalıyıq. Həm qonşu ölkələr, həm də NATO-nun özü onlara son dərəcə ciddi yanaşır. Litva və müttəfiqlərimiz hazırdır, birləşir və hadisələrin gedişatını diqqətlə izləyəcək. Lazım gələrsə, cavab verməyə hazır olacağıq", - Litvanın müdafiə nazirinin müavini Tomas Qodliauskas bildirib./ayna.az