İsraillilər şərtlərimi qəbul etdilər, indi növbə HƏMAS-dadır! - Tramp
ABŞ prezidenti Donald Tramp “İsraillilər mənim şərtlərimi qəbul etdilər, HƏMAS-ın da onları qəbul etmə vaxtıdır” deyib.
Tramp ABŞ-da yerləşən Truth Social platformasındakı hesabında etdiyi paylaşımda, atəşkəs üçün təklif etdiyi şərtləri qəbul etməsi üçün Həmas-a “son bir xəbərdarlıq” etdiyini yazıb.
ABŞ prezidenti açıqlamasında "Hər kəs məhbusların evlərinə qayıtmasını istəyir. Hamı istəyir ki, bu müharibə bitsin! İsraillilər mənim şərtlərimi qəbul etdilər və HƏMAS-ın da onları qəbul etmə vaxtıdır".
Atəşkəs təklifini qəbul etməməyin nəticələri barədə Həmas-a xəbərdarlıq etdiyini bildirən Tramp, "Bu mənim son xəbərdarlığımdır, bir daha olmayacaq!"
Trampın bəyanatı İsrailin baş naziri Binyamin Netanyahunun bu yaxınlarda Qəzza zolağının hamısını işğal edəcəklərini bəyan etməsindən sonra verilib.
Press-fakt